Bank Of Baku

AFFA-nın 2006-cı il üçün gəlirlər və xərclər smetası açıqlanıb

AFFA-nın 2006-cı il üçün gəlirlər və xərclər smetası açıqlanıb
# 26 aprel 2007 14:38 (UTC +04:00)
AFFA-nın 2006-cı il üçün gəlirlər və xərclər smetası açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, ötən il AFFA-nın gəlir göstəriciləri üzrə yekun 6012000 manat proqnozlaşdırılsa da, faktiki 6073431 manat olub. Faktiki gəlir göstəricilərinin 1536540 manatı ötən ilin əvvəlinə qalığın, 1800716 manatı AFFA-nın öz vəsaiti hesabına gəlirin, 2736175 manatı isə məqsədli maliyyələşmələrin payına düşüb. AFFA-nın öz vəsaiti hesabına gəlirlərə klublardan üzvlük haqqı və cərimələr (952889 manat), bilet satışı (91924 manat), “Sportfayv” (606904 manat) və AzTV-də oyunların teleyayımı (50000 manat), sair daxilolmalar (98999 manat) aiddir. Məqsədli maliyyələşmələrə isə Dövlət Neft Şirkətinin yardımı (1250000 manat), UEFA-nın yardımı (1260617 manat) və FİFA-nın yardımı (225558 manat) daxildir. Xərclər isə 6012000 manat proqnozlaşdırılsa da, faktiki 5759777 manat təşkil edib. O cümlədən, faktiki olaraq, milli komandanın oyunlarına 1020218 manat, qadınlardan ibarət yığmaya 166162 manat, futzal üzrə yığmaya 54807 manat, avadanlıq və ləvazimatların alınmasına 423033 manat, əmək haqqı və mükafatlara 1033963 manat, vergi orqanlarına ödəmələrə 498102 manat, ofisin tikintisinə 1742932 manat, kommunal xərclərə 122186 manat, təsərrüfat xərclərinə 472947 manat, dərman preparatlarına 44371 manat, sair xərclərə 43768 manat, reabilitasiya mərkəzinin tikintisinə 137288 manat xərclənib. 2007-ci ilə isə AFFA 313654 manat xeyirlə daxil olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR