Bank Of Baku

Azərbaycanın futbol yığmasına legioner limiti tətbiq edilib

Azərbaycanın futbol yığmasına legioner limiti tətbiq edilib
# 26 aprel 2007 14:42 (UTC +04:00)
AFFA-nın bu gün keçirilən XI Konfransında mühüm qərarlar qəbul olunub. “APA-Sport” agentliyinin məlumatına görə, Konfrans üzvləri AFFA-nın 2006-cı il ərzində fəaliyyətini qənaətbəxş hesab ediblər. Nəzarət-Təftiş Komitəsinin və müstəqil audit təşkilatının maliyyə hesabatı qəbul edilib və AFFA-nın 2007-ci il üçün büdcə layihəsi təsdiq olunub. Qərar alınıb ki, əvvəlki müstəqil audit təşkilatı ilə əməkdaşlıq növbəti ildə də davam etdirilsin. AFFA-nın növbəti hesabat-seçki konfransı isə 26 aprel 2008-ci ildə keçiriləcək. Azərbaycan vətəndaşlığı alıb-almamasından asılı olmayaraq, XVI milli çempionatın güclülər və birinci dəstələrində çıxış edən klublarda legioner limiti 5+2 (5 nəfər meydanda, 2 nəfər ehtiyatda) həddində müəyyənləşdirilib. Milli komandalara cəlb olunan əcnəbi futbolçunun FİFA-nın 19 mart 2004-cü il tarixli 901 saylı qərarına (əgər futbolçu, yaxud onun babası, nənəsi, atası və anası həmin ölkənin ərazisində anadan olubsa və ya əcnəbi oyunçu 2 il ərzində daimi olaraq bu ölkədə yaşayırsa) uyğun olaraq, Azərbaycan vətəndaşlığının alınması üçün müvafiq klub və AFFA tərəfindən lazımi sənədlər hazırlanaraq, əlaqədar dövlət qurumlarına müraciət ediləcək. Bundan sonra həmçinin, yığmalarda Azərbaycan vətəndaşlığını qəbul etmiş əcnəbi futbolçuların sayı 5+2 (5 nəfər meydanda, 2 nəfər ehtiyatda) prinsipilə müəyyənləşdiriləcək. XVI milli çempionatın sifariş ərizəsinə adı daxil olunan hər yerli futbolçu üçün klublar AFFA-ya 5000 (beş min), hər legioner futbolçu üçün isə 20000 (iyirmi min) manat məbləğində üzvlük haqqı ödəyəcəklər. XVI milli çempionatın sifariş ərizəsinə adı daxil olunan hər yerli məşqçi üçün klublar AFFA-ya 10000 (on min), hər əcnəbi məşqçiyə görə isə 50000 (əlli min) manat üzvlük haqqı verəcəklər. Klublarda müxtəlif inzibati vəzifələrdə çalışan əcnəbilərin adının XVI milli çempionatın sifariş ərizəsinə daxil olunması üçün AFFA-ya 40000 (qırx min) manat üzvlük haqqı ödəniləcək. Konfransda, həmçinin, “Simurq” klubu AFFA-nın üzvlüyünə qəbul edilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR