Bank Of Baku

Ramiz Mirzəyev: “Mən könüllü istefa verməyəcəm”

Ramiz Mirzəyev: “Mən könüllü istefa verməyəcəm”
# 26 aprel 2007 14:49 (UTC +04:00)
Assosiasiya başçısının sözlərinə görə, onun prezident postundan getməsinə çalışanlar var: “AFFA-ya öz istəyimlə rəhbər seçilməmişəm. Bunun müəyyən prosedur qaydaları var. Hesab edirəm ki, bəzi qüvvələr qəzetlər, telekanallar vasitəsilə mənə təzyiqlər edirlər”. R.Mirzəyev bildirib ki, Avropa çempionatının seçmə mərhələsində bu ilin sentyabrında Azərbaycan milli komandasının Ermənistana qarşı keçirəcəyi matçların məsuliyyətini məşqçi və futbolçu heyəti daşıyır: “Mən meydançaya çıxıb futbol oynamamalıyam ki? Milli komanda məğlub da ola bilər, qalib də gələ bilər. Bunun üçün məsuliyyət AFFA rəhbərliyinin üzərinə düşmür. Ermənistanla oyunların nəticəsinə görə məşqçilər və futbolçular məsuliyyət daşıyacaqlar”. AFFA prezidenti klubların uşaq futbolunun inkişafı istiqamətində gördüyü işi tənqid edib: “Paytaxtımızın futbol klubları uşaq futbolunun inkişafından danışsalar da, bu, sözdən başqa heç nə deyil. Bu klubların nəinki futbol meydançaları var, hətta bazaları da yoxdur. Məcburiyyət qarşısında qalıb stadionlardan icarə əsasında istifadə edirlər”. R.Mirzəyev vurğulayıb ki, “Neftçi” hazırda məskunlaşdığı bazadan və oynadığı stadionda çıxarıla bilər: “Ölkəmizin aparıcı klubu sayılan “Neftçi”nin yerləşdiyi baza və oynadığı stadion Dövlət Neft Şirkətinin balansındadır. Sabah Rövnəq Abdullayevi Dövlət Neft Şirkətinin rəhbərliyindən uzaqlaşdırsalar və digər şəxs ora rəhbər gəlsə, “Neftçi” kənarda qalacaq. Ya da əksinə. Ona görə, biz çalışırıq ki, bütün klubların həm öz bazası, həm də öz stadionu olsun”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR