Bank Of Baku

Valentin Xodukin: “Bundan sonra əcnəbi futbolçular milli komandaya can yandırmayacaqlar”

Valentin Xodukin: “Bundan sonra əcnəbi futbolçular milli komandaya can yandırmayacaqlar”
# 27 aprel 2007 09:14 (UTC +04:00)
“AFFA-nın konfransında klubların sifariş qiymətlərini qaldırmaqla bağlı qəbul etdiyi qərardan narazıyam”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin bildirib. Ukraynalı mütəxəssis bu qərarın konfransda qəbul edilməsini düzgün saymayıb: “Belə məsələlər AFFA-nın konfransında deyil, birbaşa klub rəhbərləri ilə görüşdə müzakirə edilməli idi. Axı pulu klub rəhbərləri xərcləyir. Qiymətləri belə qaldırmaqla, klublar böyük çətinlik qarşısında qalıb. Konfransda iştirak edən regional, yaxud futbola aidiyyatı olmayan digər federasiyalarının rəsmiləri klubların ödəməli olduğu sifariş qiymətlərinin artırılmasından narahat olmur. Onları heç bu məsələ maraqlandırmır da. Bu, onlara aid məsələ olmadığından, onların müzakirələrdə iştirak edərək, səs verib qərarın qəbul etməsinə yardımçı olmasını düzgün saymıram. Qiymətlər bu qədər artırıldıqdan sonra klublar çox çətin vəziyyətlə qalıb. Futbola sərmayə qoyan klub rəhbərlərinin hansı çətinliklə üzləşdiyini yaxşı başa düşürəm”. V.Xodukin konfransda “5+2” ilə bağlı çıxarılan qərarı düzgün sayıb. Ancaq ukraynalı mütəxəssis milli komandada çıxış edən əcnəbi futbolçuların legioner sayılmasını doğru qərar hesab etməyib: “Legioner limiti artırılmalı idi və belə də oldu. Ancaq millidə oynayan əcnəbilər daha legioner sayılmadıqdan sonra komandalar buna uyğun sistem qururdular. Mən heç öz klubumu demirəm, götürək “Bakı”, yaxud “Karvan”ı. Bu qərardan sonra onlar yenə çətin vəziyyətdə qalacaq. Həmin əcnəbi futbolçular bundan sonra milli komandaya can yandırmayacaqlar. Çünki klubunda yenidən legioner sayılırlar. Klub da millidə oynamış legionerini daha yerli oyunçu statusu daşımadığından, ona marağı azalacaq və hər zaman heyətindən kənarlaşdıra bilər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR