Bank Of Baku

Şahin Diniyev: “Yığmaya legioner limitinin tətbiq edilməsinə münasibət bildirmək səlahiyyətim yoxdur”

Şahin Diniyev: “Yığmaya legioner limitinin tətbiq edilməsinə münasibət bildirmək səlahiyyətim yoxdur”
# 27 aprel 2007 10:52 (UTC +04:00)
“Milli komandaya legioner limitinin tətbiq edilməsi işimizə mənfi təsir göstərməyəcək”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev milli komandaya da “5+2” limitinin tətbiq edilməsində böyük problem görmədiyini vurğulayıb: “Yığmaya legioner limitinin tətbiq edilməsinə münasibət bildirməyəcəyəm. Çünki bu mənim səlahiyyətimə aid olan məsələ deyil. Mən yığmanın hazırlığı, çıxışına cavabdehəm. Sadəcə, onu deyə bilərəm ki, bu qərar işimizi çətinləşdirməyəcək. Əvvəldən demişdim ki, millidə getdikcə legionerlərin sayı azalacaq. Belə olan halda, milli komandada legionerlərə limit tətbiq edilməsi problem yaratmayacaq. İndiyədək milliyə yeddi legioner cəlb etsəm belə, onların hamısını birdən oynatmırdım. Ən çox halda, eyni vaxtda beş legioneri oynadırdım. Ehtiyatda qalan legioneri də oynadanda, onu legionerin əvəzinə meydana buraxırdım”. Ş.Diniyev millidə çıxış edən legionerlərin klublarında yerli futbolçu sayılmamağında problem görməyib. Baş məşqçinin fikrincə, dəvət etdiyi əcnəbi futbolçular yenə millidə motivasiya ilə çıxış edəcəklər: “Hesab etmirəm ki, milli komandaya çıxış edən legionerlər artıq yerli oyunçu statusu daşımadığından daha yığmaya can yandırmayacaqlar. Bunu həmin legionerləri yaxşı tanıdığım üçün deyirəm. Birdə ki milliyə cəlb etdiyim legionerlər öz klublarında ehtiyatda qalanlar deyil”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR