Bank Of Baku

Milli Məclisin deputatlardan ibarət futbol komandası yaxın günlərdə Rumuniyaya yola düşəcək

Milli Məclisin deputatlardan ibarət futbol komandası yaxın günlərdə Rumuniyaya yola düşəcək
# 27 aprel 2007 12:29 (UTC +04:00)
Bu barədə APA-ya millət vəkili Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan deputatları ilə Rumınya deputatlarının aprelin 22-nə planlaşdırılmış oyunu Rumıniya parlamentinin prezidenti istefaya göndərilməsi barədə qərar çıxarması ilə bağlı təxirə salınıb. Deputatların bu ölkəyə səfəri zamanı futbol oyunundan əlavə bir sıra görüşlər, parlamentlərarası münasibətlərlə bağlı müzakirələrin aparılacağını bildirən S. Novruzov proqramda bir sıra ölkələrin millət vəkilləri ilə futbol oyunlarının planlaşdırıldığını və bu sırada Türkiyənin də olduğunu deyib: “Bizim futbol komandası yaratmağımız barədə məlumat alan digər ölkələrin parlamentlərinin futbol komandaları bizi oyunlara dəvət edirlər. Biz özümüz də Azərbaycana dəvət etmək istədiyimiz komandar var ki, bunu da həyata keçirəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR