Bank Of Baku

AFFA Dövlət Neft Şirkətindən 2730000 manat istəyib

AFFA Dövlət Neft Şirkətindən 2730000 manat istəyib
# 27 aprel 2007 12:42 (UTC +04:00)
AFFA-nın 2007-ci ilə gəlirlər və xərclər smetasının proqnozu açıqlanıb. “APA-Sport” agentliyinin açıqlamasına görə, AFFA-nın həm gəlirləri, həm də xərcləri 5225000 manat proqnozlaşdırılır. Milli assosiasiyanın öz hesabına gəlirləri 1495000 manat təşkil edəcək. Bu məbləğ klublardan üzvlük haqqı və cərimələr, bilet satışı, teleyayım xidmətləri və digər mənbələrdən toplanacaq. Həmçinin, AFFA-nın büdcəsində məqsədli maliyyələşmələrin də payı olacaq. AFFA gəlirlərinin yarısından çoxunu, yəni 2730000 manatı milli komandaların sponsoru Dövlət Neft Şirkətindən almağı nəzərdə tutulub. Ötən illə müqayisədə Dövlət Neft Şirkəti AFFA-ya 318 min manat az yardım edəcək. AFFA-nın 2007-ci ildə ən çox xərci milli komandalara, reabilitasiya mərkəzinin tikintisinə və assosiasiya işçilərinin əməkhaqqılarına çıxacaq. Bundan başqa, avadanlıqlar, ləvazimatlar, dərman preparatlarının alınmasına, kommunal və təsərrüfat xərclərinə, sosial müdafiə fonduna da vəsait ayrılacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR