Bank Of Baku

AFFA-nın I vitse-prezidenti Rauf Əliyev: “Səlahiyyətimin əlimdən alınması qeyri-qanunidir”

AFFA-nın I vitse-prezidenti Rauf Əliyev: “Səlahiyyətimin əlimdən alınması qeyri-qanunidir”
# 27 aprel 2007 16:08 (UTC +04:00)
“Səlahiyyətimin əlimdən alınması qeyri-qanunidir”. Bu sözləri AFFA-nın I vitse-prezidenti, İcraiyyə Komitəsinin sabiq üzvü Rauf Əliyev “APA-Sport” agentliyinə açıqlamasında deyib. R.Əliyevin sözlərinə görə, AFFA-nın konfransında İcraiyyə Komitəsinin üzvlərinin səlahiyyətinin ləğv edilməsi barədə qərara ətraflı münasibət gələn həftə bildiriləcək: “İndi bu haqda geniş danışmaq istəmirəm. Gələn həftə səlahiyyətləri əllərindən alınan İcraiyyə Komitəsi üzvlərinin hamısı bir yerdə geniş açıqlama verəcəklər. Yəqin ki, bununla bağlı mətbuat konfransı keçirəcəyik”.
Qeyd edək ki, dünən keçirilən AFFA-nın XI konfransında İcraiyyə Komitəsinin altı üzvünün səlahiyyəti əlindən alınıb. Komitənin gələcək toplantılarında R.Əliyevlə yanaşı, Hamlet İsaxanlı, Mübariz Pənahov, Əli Rəsulov, Natiq Əliyev və İsgəndər Cavadovun iştirakına qadağa qoyulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR