Bank Of Baku

Azərbaycan yığmasının sabiq müdafiəçisi Sergey Sokolov Stavropolda həvəskar komandada çıxış edir

Azərbaycan yığmasının sabiq müdafiəçisi Sergey Sokolov Stavropolda həvəskar komandada çıxış edir
# 28 aprel 2007 09:22 (UTC +04:00)
Azərbaycan milli komandasının sabiq futbolçusu Sergey Sokolov hazırda Rusiyanın Stavropol şəhərində həvəskarlardan ibarət komandada çıxış edir. Bu haqda “APA-Sport” agentliyinə yığmamızın baş məşqçisi Şahin Diniyev məlumat verib. Ş.Diniyev Rusiyanın Yessentuki şəhərində müalicə olunduğu vaxt S.Sokolovun görüşdüyünü bildirib. Baş məşqçinin sözlərinə görə, orqanizmindən betametazon preparatı tapıldığı üçün UEFA tərəfindən ilyarımlıq diskvalifikasiya edilən rusiyalı müdafiəçi formasını itirməmək üçün həvəskarlar arasında çıxış edir: “Sokolovun komandası keçirdiyi dörd oyunu qələbə ilə bitirib. O, cəzası bitdikdən sonra yenidən peşəkar səviyyədə çıxış etmək üçün məşqlərini davam etdirir”. Ş.Diniyev avqustda bir yoldaşlıq görüşü keçirmək istədiklərini də vurğulayıb. Baş məşqçi sabahdan AFFA rəhbərliyi vasitəsilə münasib rəqib axtarışına başlayacaqlarını söyləyib: “Avqustda mütləq bir yoldaşlıq görüşü keçirməliyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR