Bank Of Baku

“Qaraba𔝠“Neftçi” görüşünün hakimləri soyğunçuluğa məruz qalıblar

“Qaraba𔝠 “Neftçi” görüşünün hakimləri soyğunçuluğa məruz qalıblar
# 28 aprel 2007 11:24 (UTC +04:00)
Suraxanı qəsəbə stadionunda “Qaraba𔝠və “Neftçi” klubları arasında keçirilmiş oyunu idarə edən hakimlər qarət olunublar. Bu haqda “APA-Sport” agentliyinə oyunun baş hakimi Vüsal Əliyev məlumat verib. V.Əliyevin sözlərinə görə, görüşün fasiləsində hakimlər otağına qayıdarkən, soyunub-geyinmə otağının qarşısında köməkçisi İlham Əliyevin telefonunun qoburunu görüblər: “Öz otağımızın qapısı isə sındırılmışdı. İçəri girib əşyalarımızı yoxladıqda məlum oldu ki, mənim cibimdən 80 manat pul, İlhamdan isə yenicə aldığı 300 dollarlıq telefonunu və 200 manat pulunu oğurlayıblar”. V.Əliyev baş vermiş hadisəyə o qədər də ciddi əhəmiyyət vermədiklərini vurğulayıb. O, dəymiş ziyanı nə stadion, nə də meydan sahibi “Qaraba𔝠klubu rəhbərliyindən tələb etmədiklərini bildirib. FİFA referisi oyunun protokolunda da qarət olunduqları barədə qeyd aparmadığını da söyləyib: “Mən heç kimə demərəm ki, gətirin ziyanı ödəyin. Hadisədir, olub da... Ödəsələr, minnətdar olaram. Ödəməzlər, sağ olsun AFFA prezidenti Ramiz Mirzəyev, onun sayəsində yüksək məbləğdə qonorar alırıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR