Bank Of Baku

Vaqif Sadıqov: “AFFA-nın sifariş qiymətlərini qaldırması klubumuzun növbəti çempionatda iştirakını sual altına qoyub”

Vaqif Sadıqov: “AFFA-nın sifariş qiymətlərini qaldırması klubumuzun növbəti çempionatda iştirakını sual altına qoyub”
# 30 aprel 2007 11:04 (UTC +04:00)
“Azərbaycan milli komandasına legioner limitinin tətbiq edilməsi mənə aydın olmadı”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov bildirib. Hazırda “Gənclərbirliyi” klubunun vitse-prezidenti olan V.Sadıqov vaxtilə çalışdırdığı yığma komandada legionerlərə “5+2” limitinin tətbiq edilməsini anlaya bilmədiyini vurğulamaqla yanaşı, millidə çıxış etmiş legionerlərin yerli oyunçu statusu daşımamağı ilə bağlı çıxarılan qərarı dəstəkləyib: “Bu qərarı düzgün sayaraq, dəstəkləyirəm. Əslində, AFFA-nın son konfransında bu təkliflə çıxış etmişdim. Legionerlərin yerli oyunçu statusu daşıması, klublar arasında narazılıqlara son qoyaraq, balans yaradacaq. Klublar üçün qoyulan limitin yenidən artırılmasına gəlincə, bu qərarı dəstəkləmirəm. Mən “5+2” yox, “3+2” variantının tərəfdarı olmaqla, yerli futbolçuların inkişafında maraqlıyam. Limitlə bağlı təklifim öz ölkəsinin yığmasında ən azı 10 oyun keçirən legionerlərin yerli futbolçu statusu daşımağı ilə bağlıdır. Belə olan təqdirdə, klublar səviyyəli legionerlər gətirəcək ki, bu da yerli futbolçuların səviyyəsini artıracaq”. V.Sadıqov AFFA-nın son konfransında klublar üçün sifariş qiymətlərinin artırılması ilə bağlı çıxarılan qərardan narazı qalıb. Vitse-prezident bu qərardan sonra rəhbər post tutduğu klubun üzləşəcəyi çətinliyi vurğulayıb: “Onsuz da klubumuzun maliyyə durumu pisdir. AFFA-nın sifariş qiymətlərini artırmaqla bağlı çıxardığı qərardan sonra pulumuz ancaq bu ödənişlərə çatacaq. Qiymətlərin qaldırması klubumuzun növbəti çempionatda iştirakını böyük ölçüdə sual altına qoyub. Bu gedişlə “Gənclərbirliyi” klubunu çıxışını dayandırması təhlükəsi gözləyir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR