Bank Of Baku

AFFA “Xəzər-Lənkəran” klubunu 3000 manat cərimə edib

AFFA “Xəzər-Lənkəran” klubunu 3000 manat cərimə edib
# 30 aprel 2007 15:27 (UTC +04:00)
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, NİK “Xəzər-Lənkəran” klubunu hesabat turunda “Olimpik” ilə Lənkəranda keçirilən oyununda təhlükəsizliyi təmin etmədiyi üçün 3000 manat cərimələyib. Hesabat turunda ikinci sarı vərəqə ilə meydandan qovulan Andre Ladaqa (“Bakı”), Vüqar Həsənov (“Gilan”) və Aqşin Ömərov (“Simurq”) bir oyunluq cəza alaraq, hər biri 200 manat cərimələnib. “Simurq” klubunun ukraynalı hücumçusu Vladimir Mazyar hesabat turunda qırmızı vərəqə almasa da, cəzalanıb. Belə ki, V.Mazyar “MKT-Araz” ilə səfər oyununun 90-cı dəqiqəsində hakimləri təhqir etdiyi üçün 2 oyunluq diskvalifikasiyaya və 2000 manat cərimə ilə üzləşib. NİK, həmçinin, “Olimpik” və “Bakı” klublarını hesabat turunda 4 futbolçusu sarı vərəqə aldığından hər ikisini 1000 manat cərimələyib. “MKT-Araz” isə 1000 manatlıq cəriməni hesabat turunda “Simurq” ilə ev oyunun 66-cı dəqiqəsində meydana kənar əşyalar atıldığına görə ödəməli olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR