Bank Of Baku

Hamlet İsaxanlı: “Təxminən bir il öncə İcraiyyə Komitəsi üzvlüyündən istefa ərizəsi yazmışdım”

Hamlet İsaxanlı: “Təxminən bir il öncə İcraiyyə Komitəsi üzvlüyündən istefa ərizəsi yazmışdım”
# 01 may 2007 08:26 (UTC +04:00)
“Təqribən bir il öncə AFFA-nın baş katibi Fuad Əsədov müsahibələrinin birində bəzi üzvlərin İcraiyyə Komitəsində qalıb-qalmamağı məsələsinə baxılacağını bildirmişdi. Həmin vaxt bu sözləri üzərimə götürüb, istefa ərizəsi yazmışdım. Lakin federasiya rəhbərliyi etiraz etdi ki, müqavilənin müddəti bitməmiş İcraiyyə Komitəsindən gedə bilməzsən”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın sonuncu Konfransında İcraiyyə Komitəsi (İK) üzvlüyündən kənarlaşdırılan, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı bildirib. H.İsaxanlı Konfransda iştirak etmədiyi üçün İK üzvlüyündən çıxarılmasına görə, AFFA rəhbərliyinə təşəkkürünü bildirib: “Düzünü desəm, qərarla tanış deyiləm. Onsuz da işlərimin çoxluğu ilə əlaqədar iclaslara qatıla bilmirdim. Əgər məni üzvlükdən çıxarıblarsa, çox sağ olsunlar. Yəqin, bir il öncə yazdığım ərizəni nəzərə alıblar”. H.İsaxanlının Konfransda millidə və klublarda legioner limitinin 5+2 kimi müəyyənləşdirilməsi qərarlarına münasibəti belə olub: “Ölkə futbolunda legionerlərə həddən artıq yer verilməsinin əleyhinə olmuşam. Xüsusən, millidə legioner limitinin tətbiqini başa düşə bilmirəm. Klublarda yerli futbolçular daha çox oynamalıdır ki, onlardan yığmaya seçim imkanı olsun. Əgər yığmada da əcnəbilər çıxış edirsə, bu, milli komanda yox, azərbaycanlıların iştirakı ilə başqa ölkələrin yığma komandası təsirini bağışlaya bilər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR