Bank Of Baku

Azərbaycan yığması maliyyə problemi ucbatından Gürcüstana getməyəcək

Azərbaycan yığması maliyyə problemi ucbatından Gürcüstana getməyəcək
# 01 may 2007 08:33 (UTC +04:00)
19 yaşınadək qızlardan ibarət futbol üzrə Azərbaycan milli komandasının Gürcüstanın Kabuleçi şəhərinə planlaşdırılan səfəri maddi problemlər ucbatından baş tutmayacaq. Bu haqda “APA-Sport” agentliyinə yığmanın rəisi Telman Abdullayev məlumat verib. T.Abdullayevin sözlərinə görə, səfərlə bağlı AFFA rəhbərliyinə edilən müraciətə müsbət cavab alınmayıb: “Hazırlıq planında Kabuleçiyə səfər nəzərdə tutulmuşdu. Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə orada ikihəftəlik təlim-məşq toplanışı keçməli idik. Lakin AFFA-da müvafiq şəxslərlə görüşümüzdə maliyyə çatışmazlığı üzə çıxdı”. T.Abdullayev yeniyetmə futbolçuların iyun və ya iyulda Gürcüstana aparılacağının istisna olmadığını vurğulayıb: “Onsuz da bu ərəfədə bir qədər gərginlik yaranıb. Bəlkə də milli çempionatın startı və Türkiyə komandasının Bakıya səfəri ilə əlaqədar yığmanın bu ay təlim-məşq toplanışı keçməsi məqsədəuyğun olmazdı. Hər halda, planlarımızın iyun, yaxud iyulda gerçəkləşəcəyi istisna deyil”.
Qeyd edək ki, U-19 bu il yalnız bir dəfə ölkə xaricində - Rusiyanın Krımsk şəhərində təlim-məşq toplanışı keçib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR