Bank Of Baku

“Turan” klubunun prezidenti Rəşid Məhərrəmov: “İstefa verməmişəm”

“Turan” klubunun prezidenti Rəşid Məhərrəmov: “İstefa verməmişəm”
# 01 may 2007 13:02 (UTC +04:00)
Rəşid Məhərrəmov mövsümün sonunadək “Turan” klubunun prezidenti postda qalacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Rəşid Məhərrəmov mövsümün sonunda istefa vermək fikrində olduğunu bildirib. R.Məhərrəmov bunu səhhətində yaranan problemlə əlaqələndirib: “Səhhətimdə yaranan problemlə əlaqədar istefa verməyi düşünürəm. Ancaq bu mövsümün sonunda reallaşacaq. Mövsüm başa çatmamış getməyim düzgün olmazdı. Hələlik istefa verməmişəm. Bu postdan getməyim üçün klubun İdarə Heyəti qərar verməlidir”. R.Məhərrəmov hesabat turunda Sumqayıtda “Gənclərbirliyi” klubu ilə 0:2 hesabı ilə məğlub olduqları görüşdə komandasının oyunundan narazı qaldığı bildirib. Ancaq prezident gedişini bununla əlaqələndirməyib: Bu qarşılaşmada komandamızın çox zəif çıxış etməsindən narazı qalaraq, buna etirazımı bildirdim. Ancaq bununla futbola nifrət etmədiyimi deməmişəm. Sadəcə, “Turan”ın “Gənclərbirliyi” ilə görüşdə nümayiş etdirdiyi oyuna nifrətimi bildirmişəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR