Bank Of Baku

AFFA Babək Quliyevin “MKT-Araz” “Simurq” oyunundakı idarəçiliyi ilə bağlı araşdırmaya başlayıb

AFFA Babək Quliyevin “MKT-Araz”  “Simurq” oyunundakı idarəçiliyi ilə bağlı araşdırmaya başlayıb
# 01 may 2007 15:10 (UTC +04:00)
AFFA FİFA hakimi Babək Quliyevin hesabat turunda İmişlidə keçirilən “MKT-Araz” “Simurq” oyunundakı idarəçiliyi ilə bağlı araşdırma aparır. Bu haqda “APA-Sport” agentliyinə Hakimlər Komitəsinin (HK) sədri Əli Hüseynov məlumat verib. Ə.Hüseynov B.Quliyevin idarəçiliyi ilə bağlı növbəti iclasda müzakirə aparacaqlarını söyləyib: “Bununla bağlı yaradılan xüsusi komissiya araşdırma aparır. Bu araşdırmalar başa çatandan sonra Babək Quliyevin işinə qiymət verəcəyik”.
Qeyd edək ki, B.Quliyevin idarəçiliyi ilə bağlı “Simurq” klubu AFFA-ya rəsmi şəkildə şikayət edib. “Simurq”u əsas narazı salan “MKT-Araz” ilə oyunun uzatma dəqiqəsində qapısına düzgün olmayan penalti zərbəsinin təyin edilməsi və bununla da nəticəyə təsir edən səhvə yol verilməsidir. Bu oyundakı idarəçiliyi 8,3 balla qiymətləndirilən Babək Quliyev qarşıdakı tura təyin almayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR