Bank Of Baku

Azərbaycan yığmasının braziliyalı müdafiəçisi Ernani Pereyra vətəninə yollanıb

Azərbaycan yığmasının braziliyalı müdafiəçisi Ernani Pereyra vətəninə yollanıb
# 02 may 2007 08:32 (UTC +04:00)
“Karvan” klubunun və Azərbaycan milli komandasının müdafiəçisi Ernani Pereyra üçün mövsüm bitib. “APA-Sport” agentliyinin məlumatına görə, 29 yaşlı braziliyalı futbolçu zədəli olduğundan cari mövsümdə bir daha meydana çıxmayacaq. “Neftçi” ilə Yevlaxda keçirilən oyunda xəsarət alan qaradərili müdafiəçi artıq Azərbaycanı tərk edib. Belə ki, E.Pereyra zədəsini müalicə etmək məqsədilə Braziliyaya yollanıb. Ailəsini də özü ilə birgə aparan futbolçu Azərbaycana mayın sonlarında qayıdacaq. E.Pereyranın məhz həmin vaxt geri qayıtması milli komandamızın hazırlıq prosesi ilə bağlıdır. Belə ki, millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun əvvəllərində Polşa və Qazaxıstan yığmaları ilə qrup oyunlarına hazırlıq məqsədilə çempionat bitəndən dərhal sonra, mayın 24-də bir araya gəlməyi planlaşdırır. E.Pereyranın həmin vaxtadək zədəsini tam sağaldaraq, millimizin hazırlığına qatılması nəzərdə tutulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR