Bank Of Baku

“Gömrükçü” klubu Azərbaycan çempionatından imtina edib

“Gömrükçü” klubu Azərbaycan çempionatından imtina edib
# 02 may 2007 08:46 (UTC +04:00)
Qadın futbolçulardan ibarət “Gömrükçü” klubu III Azərbaycan çempionatından imtina edib. Bu haqda “APA-Sport” agentliyinə Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyev məlumat verib. Onun sözlərinə görə, ikiqat ölkə çempionu “Gömrükçü”nün yarışa qatılmamasının səbəbi məlum deyil. İndiyədək 3 komanda - “Neftçi”, “Kaspi” və “Səbuhi” rəhbərliyi sifariş ərizələrini təşkilatçılara təqdim edib. Bundan başqa, “Ruslan-93” klubunun da çempionatda iştirakı gözlənilir. A.Xudiyev bildirib ki, iştirakçıların konkret sayı müəyyənləşmədiyindən mayın 1-də çempionatın püşkü atılmayıb: “Yəqin ki, bu gün, yaxud sabah püşk atılacaq. Çalışacağıq ki, ölkə birinciliyi nəzərdə tutulan vaxtda, yəni mayın 5-də start götürsün”.
Qeyd edək ki, dörd komandanın iki dövrəli sistem üzrə mübarizə aparacağı yarışa iyunun sonlarında yekun vurulacaq. Azərbaycan çempionu tituluna yiyələnəcək klub ölkəmizi qitə miqyaslı UEFA Kubokunda təmsil edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR