Bank Of Baku

Azərbaycan yığmasının Polşa və Qazaxıstanla oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

Azərbaycan yığmasının Polşa və Qazaxıstanla oyunlarını idarə edəcək hakimlər müəyyənləşib
# 02 may 2007 13:13 (UTC +04:00)
Azərbaycan yığmasının 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Polşa və Qazaxıstan milliləri ilə görüşlərini idarə edəcək hakimlər bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, millimizin iyunun 2-də Polşa yığması ilə Bakıda görüşü idarə etmək 43 yaşlı FİFA hakimi Kostas Kapitanisə həvalə edilib. Kiprli hakimə həmyerliləri Friksos Petrou, Andreas Xantu və Leontios Trattou kömək edəcək. Millimizin bu qarşılaşmadan dörd gün sonra səfərdə Qazaxıstan yığması ilə oyununa isə lüksemburqlu hakimlər təyinat alıb. Belə ki, 31 yaşlı beynəlxalq dərəcəli hakim Albert Tussianta həmyerliləri Fransios Mangen, Krustian Holtgen və Lük Vilmes yardım edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR