Bank Of Baku

Azərbaycanın futbol yığması I Qaradəniz İdman Oyunlarında Ermənistanla qarşılaşacaq

Azərbaycanın futbol yığması I Qaradəniz İdman Oyunlarında Ermənistanla qarşılaşacaq
# 02 may 2007 15:58 (UTC +04:00)
I Qaradəniz İdman Oyunlarında təmsil olunacaq 12 ölkənin futbol, basketbol və voleybol komandaları arasındakı yarışların püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, iyulun 2-də Türkiyənin Trabzon şəhərində start götürəcək İdman Oyunlarında futbol üzrə Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Ermənistan millisi ilə eyni qrupda mübarizə aparacaq. Millimizin digər qrup rəqibləri isə Rusiya və Moldova olacaq. Basketbol yığmamız Yunanıstan və Gürcüstan, voleybol millimiz Türkiyə, Bolqarıstan və Albaniya ilə eyni qrupa düşüb. Hər üç idman növündə millilərimiz A qrupunda yarışacaq. Qrup oyunları iyulun 3-də, 4-də və 5-də, yarımfinal matçları iyulun 6-da, final görüşü iyulun 7-də olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR