Bu gün keçirilən üç oyunla XV Azərbaycan çempionatının 23-cü turuna start verilib. “
APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran” bir aylıq fasilədən sonra yenidən turnir cədvəlində liderliyi ələ keçirib. Fevralda “Xəzər-Lənkəran” klubuna gələn fransalı hücumçu Edmond N”™ Tiamoa “MKT-Araz” ilə görüşdə milli çempionatımızda qol hesabını açıb. Qərib qapıçını iki dəfə məyus edən “Xəzər-Lənkəran” klubunun digər hücumçusu Zaur Ramazanov isə bombardirlik yarışında liderliyini bir qədər də möhkəmlədib. “İnter” və “Karvan” klublarının görüşü isə ilk dövrədə olduğu kimi, yenə 1:1 hesabı ilə nəticələnib. “Qarabağ” ilk böyük hesablı qələbəsini Sumqayıtda “Gənclərbirliyi” üzərində qazanıb. Qeyd edək ki, bu oyunun hələ ilk hissəsində hakimə narazılığını bildirən “Gənclərbirliyi” klubunun moldovalı baş məşqçisi İliye Karp, fasilədən sonra görüşün baş hakimi Ceyhun Haşımov tərəfindən texniki zonadan çıxarılaraq, tribunaya göndərilib. /
APA-Sport/
“İnter” “Karvan” - 1:1
Aleksandr İntskirveli, 40-öz qapısına - Samir Abdulov, 48.
“Xəzər-Lənkəran” “MKT-Araz” - 4:1
Edmond N”™ Tiamoa, 17, 28; Zaur Ramazanov, 35, 37; - Murad Ağakişiyev, 82-penalti zərbəsi.
“Gənclərbirliyi” “Qarabağ” - 0:3
Rauf Əliyev, 50; Vaqif Cavadov, 56, 65.
| Klub | o | Q | h | m | T | x |
1 | Xəzər-Lənkəran | 20 | 13 | 5 | 2 | 37-12 | 43 |
2 | Neftçi | 19 | 13 | 3 | 3 | 35-11 | 42 |
3 | Bakı | 20 | 11 | 6 | 3 | 19-6 | 39 |
4 | MKT-Araz | 20 | 11 | 5 | 4 | 22-14 | 38 |
5 | İnter | 20 | 10 | 6 | 4 | 28-10 | 36 |
6 | Karvan | 20 | 9 | 5 | 6 | 32-26 | 32 |
7 | Olimpik | 20 | 8 | 7 | 5 | 20-13 | 31 |
8 | Qarabağ | 20 | 5 | 9 | 6 | 18-19 | 24 |
9 | Simurq | 19 | 5 | 6 | 8 | 20-24 | 21 |
10 | Turan | 20 | 5 | 4 | 11 | 19-29 | 19 |
11 | Gilan | 20 | 2 | 4 | 14 | 14-41 | 10 |
12 | Gənclərbirliyi | 21 | 2 | 3 | 16 | 15-50 | 9 |
13 | Şahdağ | 19 | 0 | 7 | 12 | 9-33 | 7 |
Bombardirlər: Zaur Ramazanov (Xəzər-Lənkəran) 14, Georgi Adamiya (Neftçi), Yakuba Bamba (Karvan) 10.
Turun qalan oyunları sabah keçiriləcək: “Olimpik” “Gilan”, “Simurq” “Neftçi”, “Turan” “Şahdağ”.