Bank Of Baku

Qadın futbolçular arasında Azərbaycan çempionatı başlanma vaxtı dəyişdirilib

Qadın futbolçular arasında Azərbaycan çempionatı başlanma vaxtı dəyişdirilib
# 03 may 2007 16:26 (UTC +04:00)
Qadın futbolçular arasında III Azərbaycan çempionatı nəzərdə tutulduğundan gec start götürəcək. Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yarış mayın 5-də deyil, 9-da başlanacaq. A. Xudiyevin sözlərinə görə, yubanmanın səbəbi sənədləşdirmə işlərinin vaxtında başa çatmaması ilə əlaqədardır. Çempionatın püşkü sabah saat 15:00-da AFFA-nın mənzil-qərargahında atılacaq. Ölkə birinciliyində “Neftçi”, “Ruslan-93”, “Kaspi” və “Səbuhi” klubları iki dövrəli sistem üzrə mübarizə aparacaqlar. Milli çempionat iyunun 27-də yekunlaşacaq. Qızıl medalları qazanacaq komanda ölkəmizi UEFA kubokunda təmsil etmək hüququna yiyələnəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR