Bank Of Baku

“Neftçi” “Xəzər-Lənkəran”ın bir günlük liderliyinə son qoyub

“Neftçi” “Xəzər-Lənkəran”ın bir günlük liderliyinə son qoyub
# 04 may 2007 08:27 (UTC +04:00)
Mayın 3-də keçirilən üç oyunla XV Azərbaycan çempionatının 23-cü turuna yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi” səfərdə qazandığı qələbə ilə “Xəzər-Lənkəran”ın bir günlük hakimiyyətinə son qoyub. “Neftçi” “Simurq”u ilk dövrədə olduğu kimi, 1:0 hesabı ilə məğlub edərək, bu dəfə qələbəni kapitanı Zaur Tağızadənin qolu sayəsində əldə edib. “Olimpik” ayyarımlıq fasilədən sonra ilk qələbəsini qazanaraq, turnir cədvəlində bir pillə irəliləyib. “Olimpik”ın cari mövsümdə ən sərrast futbolçusu olan 31 yaşlı hücumçusu Xaqani Məmmədov ardıcıl ikinci oyunda qol vuraraq, bombardirlik yarışında Georgi Adamiya ilə Yakuba Bambaya çatıb. Artıq üç aydır, qələbə qazana bilməyən “Turan” kuboku da nəzərə alsaq, ikinci dövrədə qələbəsiz oyunlar seriyasını 10-a çatdırıb. Cari çempionatda ən çox heç-heçə edən komanda olan “Şahda𔝠səfərdə qazandığı xalla “Gənclərbirliyi” arasındakı xal fərqini minimuma endirib. /APA-Sport/

“Olimpik” “Gilan” 3:1
Xaqani Məmmədov, 25; Pathe Banqura, 27; Namiq Əliyev, 62 Vitali Balamestnı, 33.
“Simurq” “Neftçi” 0:1
Zaur Tağızadə, 67.
“Turan” “Şahda𔝠1:1
İrakli Vaşakidze, 25 Əhməd Ticani, 86.

Klub

o

Q

h

m

T

x

1.

Neftçi

20

14

3

3

36-11

45

2

Xəzər-Lənkəran

20

13

5

2

37-12

44

3

Bakı

20

11

6

3

19-6

39

4

MKT-Araz

20

11

5

4

22-14

38

5

İnter

20

10

6

4

28-10

36

6.

Olimpik

21

9

7

5

23-14

34

7

Karvan

20

9

5

6

32-26

32

8

Qarabağ

20

5

9

6

18-19

24

9

Simurq

20

5

6

9

20-25

21

10

Turan

21

5

5

11

20-30

20

11

Gilan

21

2

4

15

15-44

10

12

Gənclərbirliyi

21

2

3

16

15-50

9

13

Şahdağ

20

0

8

12

10-34

8



Bombardirlər: Zaur Ramazanov (Xəzər-Lənkəran) 14, Georgi Adamiya (Neftçi), Yakuba Bamba (Karvan), Xaqani Məmmədov (Olimpik) 10.
Növbəti turun oyunları mayın 7-də və 8-də keçiriləcək: “Qaraba𔝠“Xəzər-Lənkəran”, “MKT-Araz” “İnter”, “Karvan” “Simurq”, “Neftçi” “Bakı”, “Gilan” “Turan”, “Şahda𔝠“Gənclərbirliyi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR