Bank Of Baku

UEFA kubokunun finalı: “Sevilya” - “Espanyol”

UEFA kubokunun finalı: “Sevilya” - “Espanyol”
# 04 may 2007 08:31 (UTC +04:00)
UEFA kubokunun finalçıları müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, həlledici matçda İspaniyanın iki klubu “Sevilya” və “Espanyol” qarşılaşacaq. Kubokun son sahibi “Sevilya” komandası İspaniyanın “Osasuna”, “Espanyol” isə Almaniyanın “Verder” klubunu mübarizədən kənarlaşdırıb.

“Sevilya” (İspaniya) “Osasuna” (İspaniya) 2:0
Fabiano, 37, Renato, 53
İlk oyun: 0:1.

“Verder” (Almaniya) “Espanyol” (İspaniya) 1:2
Uqo Almeyda, 4 Koro, 50, Lakrus, 60
Qırmızı vərəqə: Kloze, 19 (“Verder”)
İlk oyun: 0:3.

Final oyunu mayın 16-da Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR