Bank Of Baku

İqor Nakoneçnı: “Xəzər-Lənkəran”a məğlubiyyətimizdə günahı olan futbolçular cəzalandırılacaq”

İqor Nakoneçnı: “Xəzər-Lənkəran”a məğlubiyyətimizdə günahı olan futbolçular cəzalandırılacaq”
# 04 may 2007 09:53 (UTC +04:00)
“Xəzər-Lənkəran”a ağır məğlubiyyətimizdə günahı olanlar futbolçular cəzalandırılacaq”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında İmişlinin “MKT-Araz” klubunun ukraynalı baş məşqçisi İqor Nakoneçnı bildirib. İ.Nakoneçnı hesabat turunda Lənkəranda 1:4 hesablı məğlubiyyəti heyətdə olan problemlərlə əlaqələndirib: “”Xəzər-Lənkəran”la oyuna ciddi itkilərlə çıxdıq. Belə olan halda heyətdə bəzi yerdəyişmələr etməli oldum. Bir neçə gənc oyunçunu meydana buraxdım. Bütün bunlar belə böyük hesabla məğlub olmağımızla nəticələndi. Məğlubiyyəti ciddi təhlil edərək nəticə çıxaracağıq. “Xəzər-Lənkəran”la ölkə kubokunun finalında da görüşəcəyimizdən çempionatda bilərəkdən uduzmağımızla bağlı söz-söhbətlərə gəlincə, buna şərh vermək istəməzdim”.
Qeyd edək ki, “MKT-Araz” “Xəzər-Lənkəran”la hesabat turundakı görüşədək Lənkəranda məğlub olmayaraq, bütün oyunlarını heç-heçə etmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR