Bank Of Baku

Futbol üzrə Azərbaycan milli komandası Ermənistan yığması ilə iyulun 5-də qarşılaşacaq

Futbol üzrə Azərbaycan milli komandası Ermənistan yığması ilə iyulun 5-də qarşılaşacaq
# 04 may 2007 09:59 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 17 yaşlılardan ibarət milli komandası I Qaradəniz İdman Oyunlarında Ermənistan yığması ilə iyulun 5-də qarşılaşacaq. “APA-Sport” agentliyinin məlumatına görə, A qrupunda yer alan iki ölkə yığmasının görüşü Türkiyənin Giresun şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Yığmamız Ermənistanla oyunadək iyulun 3-də Rusiya, iyulun 4-də isə Moldova ilə üz-üzə gələcək. B qrupunda Ukrayna, Rumıniya, Yunanıstan, C qrupunda isə Türkiyə, Gürcüstan və Albaniya milliləri mübarizə aparacaq. A qrupundan iki, qalan qruplardan isə hərəyə bir komanda iyulun 6-da keçiriləcək yarımfinal mərhələsinə vəsiqə qazanacaq ki, bu da yığmamızın qrupdan çıxma şanslarını artırır. Final görüşü iyulun 7-də Trabzonda təşkil olunacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR