Bank Of Baku

Yaşar Vahabzadə: “Ermənilərlə görüşdən çəkinmirik”

Yaşar Vahabzadə: “Ermənilərlə görüşdən çəkinmirik”
# 04 may 2007 10:46 (UTC +04:00)
“Ermənilərlə görüşdən çəkinmirik”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında futbol üzrə 17 yaşlılardan ibarət yığma komandamızın baş məşqçisi Yaşar Vahabzadə bildirib. Y.Bahabzadə iyulda Türkiyədə iştirak edəcəkləri I Qara Dəniz İdman Oyunlarında qrup oyunlarının püşkatmasının nəticəsini münasib sayır: “Ermənilərlə ilk dəfə deyil ki, qarşılaşırıq. Bunadək bir neçə dəfə oynamışıq və bu görüşlərin nəticəsi bizim üçün həmişə uğurlu olub. İnşallah, bu dəfə də belə olar. Ermənilərlə oyunda uğur qazanmağa çalışacağıq. Ancaq bu o demək deyil ki, bütün gücümüzü yalnız ermənilərlə oyuna yönəldəcəyik. Qrupda digər rəqiblərimiz olan rusiyalılar və moldovanlarla oyunlara da motivasiya ilə çıxacağıq”.
Y. Bahabzadə hazırda yığmada seleksiya işləri ilə məşğul olduğunu bildirərək, bu ayın sonunadək prosesin tam başa vuracaqlarını bildirib. Baş məşqçi turnirədək hazır olacaqlarını vurğulayıb: “Hələ vaxtımız var. Mayın 20-dək seleksiya işlərini başa vurmağı planlaşdırırıq. Bundan sonra seçdiyimiz heyətlə I Qara Dəniz İdman Oyunlarına hazırlaşacağıq. Bu turnir payızda iştirak edəcəyimiz Avropa çempionatının seçmə mərhələ oyunlarına hazırlığın bir hissəsi olacaq”.
17 yaşlılardan ibarət yığmamız ermənilərlə iyulun 5-də Türkiyənin Giresun şəhərində qarşılaşacaq. Qeyd edək ki, digər iki qrupdan fərqli olaraq, yığmamızın yer aldığı qrupda dörd komanda olduğundan, yarımfinala ilk iki pilləni tutanlar çıxacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR