Bank Of Baku

“Simurq”un baş məşqçisi “Neftci”yə məğlub olduqları oyunda hakimliyi obyektiv qiymətləndirir

“Simurq”un baş məşqçisi “Neftci”yə məğlub olduqları oyunda hakimliyi obyektiv qiymətləndirir
# 04 may 2007 12:52 (UTC +04:00)
“Neftci”yə məğlub olduğumuz oyunda hakimlik obyektiv idi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Zaqatalanın “Simurq” klubunun ukraynalı baş məşqçisi Roman Pokora bildirib. R.Pokora “Neftçi” ilə oyunu idarə edən FİFA hakimi Fariz Yusifovun onu narazı saldığı qərarları ilə bağlı subyektiv fikirlərini bildirib: “Oyunda hakimin iki qərarı məni narazı saldı. Qapımıza qolla nəticələn epizodda Orxan Rəcəbovun topu rəqibdən qaydalar çərçivəsində aldığını və cərimə zərbəsi təyin edilməsinə ehtiyac olmadığını zənn etdim. Bir də “Neftçi”nin qapısına yol tapdığımız epizodda mənə elə gəldi ki, top bizim oyunçunun yox, rəqib komandanın müdafiəçisi Ruslan Abbasovun əlinə dəymişdi. Ancaq hakim əksini düşünərək, yarımmüdafiəçimiz Ramil Sayadovun qolunu hesaba almadı. Bunlar mənim subyektiv fikirlərimdir. Artıq oyunun videoyazısına baxmışam və hakimliyin obyektiv olduğunu deyə bilərəm”.
Ukraynalı mütəxəssis “Neftçi” ilə görüşə ciddi itkilərlə çıxmalarına baxmayaraq, komandasının yaxşı təsir bağışladığını vurğulayıb: “Uduzmağımıza baxmayaraq, komandamdan narazı qalmadım. İlk hissənin son 15 dəqiqəsində “Neftçi”ni müdafiə olunmağa məcbur edərək, rəqibə çətin anlar yaşatdıq. İkinci yarının ortalarında qol buraxdıqdan sonra hesabı bərabərləşdirməyə çalışaraq hücumlar etdik və qol da vurduq. Ancaq bu qol sayılmadığından 0:1 hesabı ilə uduzduq. “Neftçi” ilə görüşdə heyətdəki ciddi problemlərimiz öz təsirini göstərdi. Təsəvvür edin ki, “Neftçi” ilə oyunun protokoluna cəmi 13 futbolçunun adını daxil etmişdim və sonradan meydana buraxdığım müdafiəçi Elman Sultanov hücumda çıxış etməli oldu. “MKT-Araz”la səfər oyunumuzun baş hakimi Babək Quliyevin “əməyi” sayəsində “Neftçi” ilə görüşdə belə çətinliklə üzləşdik”.
Qeyd edək ki, “Simurq” FİFA hakimi B.Quliyevin “MKT-Araz” ilə görüşdə idarəçiliyi bağlı AFFA-ya şikayət edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR