Bank Of Baku

Vaqif Sadıqov: “Baş məşqçimizin məruz qaldığı cəza komandanı ağır vəziyyətdə qoydu”

Vaqif Sadıqov: “Baş məşqçimizin məruz qaldığı cəza komandanı ağır vəziyyətdə qoydu”
# 04 may 2007 14:07 (UTC +04:00)
“Baş məşqçimizin məruz qaldığı cəza komandanı ağır vəziyyətdə qoydu”. Bu sözləri “Gənclərbirliyi” futbol klubunun vitse-prezidenti Vaqif Sadıqov “APA-Sport” agentliyinə açıqlamasında deyib. V.Sadıqov bildirib ki, Azərbaycan çempionatının son turunda “Qaraba𔝠komandası ilə qarşılaşmada “Gənclərbirliyi”nin baş məşqçisi İlye Karpa qırmızı vərəqə göstərilməsi ədalətli qərardır: “Hakimlər həmişə haqlıdır. Hesab edirəm ki, Karp əsəblərini cilovlamalı idi. Ancaq nəzərə almaq lazımdır ki, komandamızın yüksək dəstədəki yerini itirmək təhlükəsi ilə üzləşməsi Karpın psixoloji vəziyyətinə təsirsiz ötüşməyib”. Sumqayıt klubunun vitse-prezidenti İ.Karpın texniki zonadan uzaqlaşdırılmasının növbəti oyunda futbolçuların çıxışına mənfi təsir göstərməyəcəyini söyləyib: “Futbolçularımız növbəti turda Karpın texniki zonadan kənarda qalmasını hiss etdirməməyə çalışacaqlar. “Şahdağ”la səfər oyununda mütləq qənaətbəxş nəticə qazanmalıyıq”. V.Sadıqov, həmçinin, vurğulayıb ki, AFFA-ya ödəniləcək pul cəriməsi İ.Karpın əməkhaqqısından çıxılmayacaq.
Qeyd edək ki, İ.Karp mayın 2-də Sumqayıtda keçirilən “Gənclərbirliyi” - “Qaraba𔝠(0:3) matçında texniki zona qaydalarını pozduğundan qırmızı vərəqə alıb. AFFA Nizam-İntizam Komitəsi moldovalı məşqçini bir oyunluq cəzalandırmaqla yanaşı, 600 manat cərimələyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR