Bank Of Baku

Qadın futbolçuların III Azərbaycan çempionatının püşkü atılıb

Qadın futbolçuların III Azərbaycan çempionatının püşkü atılıb
# 04 may 2007 15:34 (UTC +04:00)
Bu gün qadın futbolçular arasında III Azərbaycan çempionatının püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, dörd komandanın mübarizə aparacağı yarış mayın 9-da start götürəcək. Açılış turunda “Neftçi” klubu “Ruslan-93”-lə qarşılaşacaq. Digər matç Sumqayıtda yerli “Səbuhi” və Bakının “Vətən” komandaları arasında baş tutacaq. Yarışın birinci dövrəsi mayın 23-də yekunlaşacaq. Ölkə çempionatı iyunun 20-də bitəcək. Qızıl medallara yiyələnəcək komanda UEFA Kubokuna vəsiqə qazanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR