Bank Of Baku

AFFA Hakim-İnspektorlar Komitəsi XV Azərbaycan çempionatının qarşıdakı turu üçün təyinatları açıqlayıb

AFFA Hakim-İnspektorlar Komitəsi XV Azərbaycan çempionatının qarşıdakı turu üçün təyinatları açıqlayıb
# 05 may 2007 08:48 (UTC +04:00)
AFFA Hakim-İnspektorlar Komitəsi XV Azərbaycan çempionatının qarşıdakı turu üçün təyinatları açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Qaraba𔝠ilə “Xəzər-Lənkəran” klublarının mayın 7-də keçirilən görüşün baş hakimi İmanxan Sultaninin idarəçiliyini AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov qiymətləndirəcək. Həmin gün İmişlidə keçirilməsi nəzərdə tutulan “MKT-Araz” “İnter” oyununu idarə edəcək Azad Mütəllimovun işinə adaşı, Azad Feyzullayev qiymət verəcək. Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev qarşıdakı turda Qəbələyə yollanacaq. Belə ki, A.Xudiyev mayın 8-də Qəbələdə keçiriləcək “Gilan” “Turan” oyununun hakim-inspektoru təyin edilib. Nüvər Xasıyev “Neftçi” “Bakı”, Novil İsmayılov “Karvan” “Simurq”, Gülağa Cabbarov “Şahda𔝠“Gənclərbirliyi” görüşünün hakim-inspektoru olacaq. Qeyd edək ki, mayın 8-də keçiriləcək dörd oyunun hakim-inspektorlarının idarəçiliyinə qiymət verəcəyi hakimlərin adları bazar ertəsi bəlli olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR