Bank Of Baku

“İnter”in orta sahə oyunçusu İsmayıl Məmmədov “MKT-Araz”la səfər görüşündə meydana çıxa biləcək

“İnter”in orta sahə oyunçusu İsmayıl Məmmədov “MKT-Araz”la səfər görüşündə meydana çıxa biləcək
# 05 may 2007 10:12 (UTC +04:00)
Bakının “İnter” klubu “MKT-Araz”la səfər görüşünə hazırlığı sabah başa vuraraq, İmişliyə yollanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, yol yorğunluğunu nəzərə alan komandanın ukraynalı çalışdırıcısı Valentin Xodukin İmişlidə məşq etməyi məqsədəuyğun saymayıb. Belə ki, “İnter” sabah səhər Bakıda son məşqini keçdikdən sonra səfərə çıxacaq. Qeyd edək ki, “İnter” artıq bir aydır, zədə üzündən oynamayan yarımmüdafiəçisi Yuri Muzikanın xidmətindən yenə istifadə edə bilməyəcək. Əvəzində “İnter”in digər orta sahə oyunçusu İsmayıl Məmmədov cəza müddətini başa vurduğundan “MKT-Araz”la mayın 7-də keçiriləcək görüşdə meydana çıxacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR