Bank Of Baku

Valentin Xodukin: ““MKT-Araz”la səfər görüşündə qələbəyə oynayacağıq”

Valentin Xodukin: ““MKT-Araz”la səfər görüşündə qələbəyə oynayacağıq”
# 05 may 2007 10:25 (UTC +04:00)
“MKT-Araz” əks-hücumda yaxşı oynayan komandadır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukin deyib. V. Xodukin “MKT-Araz”la səfər görüşündə qələbəyə oynayacaqlarını vurğulayıb: “Komandaların səviyyəsi bərabərdir. Etibarlı müdafiəyə malik “MKT-Araz”, əsasən, əks-hücumlarda oynayaraq, bu taktikadan yaxşı istifadə edə bilir. İlk dövrədəki görüşdə bunun şahidi olduq. “MKT-Araz”ın cinahlardan hücumları təhlükəli alınır. Komandanın ən sərrast oyunçusu olan Anatoli Doroş yüksək qol duyumu malikdir. Bu təhlükəli hücumçunun qarşısını almağa xüsusi diqqət yetirməliyik”.
B. Xodukinin üz-üzə gələcəyi həmvətəni, İmişlinin “MKT-Araz” klubunun baş məşqçisi İqor Nakoneçnı isə “APA-Sport”a açıqlamasında “İnter”lə görüşə hazırlıqda daha psixoloji planda işlədiyini qeyd edib: “Son turda “Xəzər-Lənkəran”a böyük hesabla məğlub olduğumuz görüş cari mövsümdə ən zəif oyunumuz oldu. Sözsüz ki, belə acınacaqlı məğlubiyyət hamımızı sarsıtdı. Ancaq fikrimcə, Lənkərandakı 1:4 hesablı məğlubiyyət bizə psixoloji zərbə olmayacaq. Bu ağır yenilgini unudaraq, “İnter”lə qarşıdakı görüşü düşünməliyik. Bu oyunda qələbə bizim üçün çox vacibdir. Turnir cədvəlinin 3-cü pilləsindəki mövqeyimizi qaytarmaq üçün yaxşı imkan ələ düşüb”.
Qeyd edək ki, kubok oyunlarını da nəzərə alsaq, artıq üç aydır, öz meydanında qələbəyə həsrət qalan “MKT-Araz”ın bir xal geri qaldığı 3-cü pillənin sahibi “Bakı” bu turda istirahət edir. “MKT-Araz” mayın 7-də qəbul edəcəyi “İnter”lə turnir cədvəlində 4-5-ci pillələri bölüşdürərək, ilk dövrədə səfərdə 1:0 hesabı ilə məğlub etdiyi rəqibindən 2 xal irəlidədir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR