Bank Of Baku

“MKT-Araz”ın heyətində ciddi itkilər var

“MKT-Araz”ın heyətində ciddi itkilər var
# 05 may 2007 11:23 (UTC +04:00)
İmişlinin “MKT-Araz” klubu “İnter”lə mayın 7-də olan ev oyununa ciddi itkilərlə çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, “MKT-Araz”ın əsas müdafiəçilərindən olan Saşa Yunisoğlu “İnter”lə oyunda da meydana çıxmayacaq. Zədə problemi olan S.Yunisoğlu məşqlərə başlasa da, hələ tam hazır deyil. Komandanın digər müdafiəçiləri Renat Abdaşovla Ceyhun Adışirinov da zədələrini hələ tam sağaltmayıblar. Onlar ötən turda “Xəzər-Lənkəran”la oyun öncəsi məşqdə zədə alıblar. “MKT-Araz” klubunun kapitanı Zeynal Zeynalovun da zədə problemi qalmaqdadır. “MKT-Araz”ın “Xəzər-Lənkəran”la oyunda meydana çıxmayan futbolçularından yalnız Arif Daşdəmirovun problemi arxada qalıb. Belə ki, cəza müddəti başa çatan A.Daşdəmirov “İnter” ilə oyunda meydana çıxacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR