Bank Of Baku

Rasim Kara “Xəzər-Lənkəran”a güzəştə getməyəcəklərini, Mircavadov isə “Qarabağ”ı mütləq məğlub etməli olduqlarını deyir

Rasim Kara “Xəzər-Lənkəran”a güzəştə getməyəcəklərini, Mircavadov isə “Qarabağ”ı mütləq məğlub etməli olduqlarını deyir
# 05 may 2007 11:47 (UTC +04:00)
“Bu gün “Qaraba𔝠klubunun çörəyini yeyirəmsə, bu klubun mənafeyini üstün tutmalıyam. Ona görə də keçmiş komandam olan “Xəzər-Lənkəran”a güzəştə getməyəcəyəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qaraba𔝠klubunun türkiyəli baş məşqçisi Rasim Kara deyib. R. Kara hər oyunda olduğu kimi, vaxtilə gümüş medal qazandırdığı “Xəzər-Lənkəran”la görüşə də qələbə üçün çıxacaqlarını bildirib: “Biz pərdəarxası oyunlarda iştirak etmirik. “Xəzər-Lənkəran”la görüşdə qələbə qazanmaq haqda düşünürük. Hazırda bu komandada çıxış edən futbolçuların 70 faizi rəhbərliyim altında oynadığından, onların oyun üslubuna yaxşı bələdəm. “Xəzər-Lənkəran”ı yaxşı tanımağım bu komanda ilə görüşdə nəticə qazanmaq baxımından mənə kömək olacaq. “Qarabağ”da gələcəyin komandasını qururuq, əsasən, gənclərdən təşkil olunan komandamız “Xəzər-Lənkəran”dan xal almağa çalışacaq”. Çempionluğun taleyinin “Neftçi” ilə “Xəzər-Lənkəran” arasında həll olunacağını söyləyən məşqçi kimin çempion olmasının onlar üçün fərqi olmadığından, kiməsə güzəştə getməyi düşünmədiklərini vurğulayıb. R. Kara hazırda “Xəzər-Lənkəran”ı çalışdıran Ağasəlim Mircavadovla aralarında elə bir “haqq-hesab” olmadığından onun baş məşqçisi olduğu kamanda ilə görüşün prinsipial əhəmiyyət daşımadığını da deyib.
Qeyd edək ki, R. Kara “Xəzər-Lənkəran”ı çalışdırdığı zaman A.Mircavadovun baş məşqçisi olduğu “Neftçi” ilə görüşlərin heç birində qələbə qazana bilməmiş, 2005-ci ilin iyununda keçirilən “qızıl oyun”da isə məğlub olaraq, çempionluğu əldən vermişdi.
A.Mircavadov isə “APA-Sport” agentliyinə açıqlamasında “Qarabağ”la görüşdə qələbə qazanmağın çətin olacağını vurğulayıb: “Qarşıda növbəti çətin sınağımız var. “Qaraba𔝠ev oyunlarında yaxşı təsir bağışlayır. Hər bir komanda bizimlə oyuna ciddi hazırlaşdığından, qələbə qazanmaq çətin olur. Ancaq rəqiblərimizin “Xəzər-Lənkəran”ı lider saymaları bizi sevindirir. Çempionluq uğrunda mübarizəni davam etdirmək üçün “Qarabağ”la görüşdə mütləq qələbə qazanmalıyıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR