Bank Of Baku

Azərbaycan Xarici İşlər Nazirliyi BMT üzərində böyük hesablı qələbə qazanıb

Azərbaycan Xarici İşlər Nazirliyi BMT üzərində böyük hesablı qələbə qazanıb
# 07 may 2007 15:05 (UTC +04:00)
Bu gün dövlət idarəetmə orqanları və xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri arasında futzal turnirinə start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, “Olimpik Star” İdman Sarayında keçirilən yarışda ABŞ, Türkiyə, Rusiya, Qazaxıstan, İngiltərə, İran, Ukrayna, Almaniyanın İsraillə birləşmiş kollektivləri, eləcə də, Xarici İşlər Nazirliyinin (XİN), BMT-nin ölkəmizdəki nümayəndəliyinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin komandaları iştirak edirlər. Komandalar ilkin mərhələdə dörd qrupda mübarizə aparırlar. Turnirin ilk günü dörd oyun baş tutub. Qazaxıstan Ukraynanı 2:1 hesabı ilə məğlub edib. Növbəti görüşdə XİN BMT ilə qüvvəsini sınayıb. Bu oyunda nazirlik əməkdaşları rəqibi darmadağın ediblər. Həmvətənlərimiz BMT nümayəndələrinin qapısından 9 cavabsız top keçiriblər. Rusiya Türkiyəyə 3:1 hesabı ilə qalib gəlib. Almaniyanın İsraillə birləşmiş komandası Beynəlxalq Qırmızı Xaç Komitəsinə minimal fərqlə uduzub 2:3. Yalnız qrup qalibləri yarımfinala vəsiqə qazanacaqlar. Qrup mərhələsi mayın 10-da sona çatacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR