Bank Of Baku

Ağasəlim Mircavadov: “Bakı” “Neftçi” ilə oyunda imicini qorumalıdır”

Ağasəlim Mircavadov: “Bakı” “Neftçi” ilə oyunda imicini qorumalıdır”
# 08 may 2007 09:16 (UTC +04:00)
“Bakı” “Neftçi” ilə oyunda imicini qorumalıdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov bildirib. “Bakı” ilə cari mövsümdə ölkə kuboku da daxil olmaqla, dörd dəfə qarşılaşan A.Mircavadov bu komandanı güclü rəqib sayıb: “Bakı” son ölkə çempionudur. Bundan əvvəl Azərbaycan kubokunu da qazanıb. Artıq iki ildir mövsümü titulla başa vurur. Yəni, bu komanda artıq özü üçün bir imic formalaşdırıb. Bu səbəbdən də meydana çıxıb oynamaq lazımdır. Fikir verin, İngiltərə çempionatına, hər bir komanda sonadək mübarizə aparır. “Arsenal” ilə “Çelsi” klublarının hər ikisi Londonu təmsil edir. Çempionluğu “Mançester Yunayted”in qazanmamağı üçün “Çelsi” “Arsenal” ilə oyunda mütləq qələbə qazanmalı idi. Ancaq mükafatlar uğrunda mübarizə aparan “Arsenal” “Çelsi”dən xal aldı. “Bakı”nın “Neftçi”ni büdrədib-büdrətməyəcəyini deyə bilmərəm. Bu futboldur, nəticəni əvvəldən demək olmur. Sadəcə, “Bakı”nın güclü rəqib olduğunu deyə bilərəm. Çempionatda liderliyimizin bu dəfə də bir gün olub-olmamağı haqda yox, mayın 12-də “Turan” ilə səfər oyunumuz haqda düşünürəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR