Bank Of Baku

İqor Nakoneçnı: “Futbolçular məni zərbə altına qoyurlar”

İqor Nakoneçnı: “Futbolçular məni zərbə altına qoyurlar”
# 08 may 2007 10:04 (UTC +04:00)
“Futbolçularımız öz şəxsi maraqlarını komandadan üstün tuturlar”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “MKT-Araz” klubunun baş məşqçisi İqor Nakoneçnı deyib. Ukraynalı çalışdırıcı futbolçuların son vaxtlar meydanda nümayiş etdirdiyi oyundan narazı qaldığını bildirib: “Futbolçular məşqdə özlərini normal aparırlar. Bu cəhətdən problem yoxdur. Sadəcə, meydanda nümayiş etdirdikləri oyundan razı deyiləm. Futbolçuların planları komandanın planına uyğun gəlmir. Artıq onlar indidən istirahət haqda düşünürlər ki, bu da mövsümün sona yaxınlaşması ilə əlaqədardır. Görünür, futbolçularımız istirahətə tez çıxıblar”. İ.Nakoneçnı klub rəhbərliyi ilə yaranmış vəziyyətlə bağlı daim fikir mübadiləsi apardıqlarını qeyd edib. Ukraynalı mütəxəssis rəhbərliyin hazırkı vəziyyətdə gördüyü işdən razı qaldığını söyləyib: “Klub rəhbərliyi ilə yaranmış vəziyyətdən çıxış yolu axtarırıq. Futbolçulara olan ciddi iradlarımı onlara çatdırmışam. Əlbəttə, komandanın ölkə kubokunun finalına çıxması və bu mövsüm əsas məqsədin kubok qazanmaq olmasını da nəzərə almaq lazımdır. Kubokun çempionatdan üstün tutulması, bu turniri qazanmağı daha çox maraq dairəsində olmasının da təsiri var. Ancaq kuboka görə çempionatda uğursuz çıxış etmək düzgün deyil. Sözsüz ki, nəticəyə görə baş məşqçi kimi mən cavabdehəm. Futbolçular uğursuz çıxış etməklə, məni zərbə altına qoyurlar”.
Qeyd edək ki, “MKT-Araz” artıq bir aydır qələbə qazana bilməyərək, son iki turda meydanı məğlub tərk edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR