Bank Of Baku

“Şahda𔝠“Gənclərbirliyi” matçı qalmaqal yarandığından yarımçıq dayandırılıb

“Şahda𔝠 “Gənclərbirliyi” matçı qalmaqal yarandığından yarımçıq dayandırılıb
# 08 may 2007 16:29 (UTC +04:00)
Bu gün futbol üzrə Azərbaycan çempionatının XXIV turu çərçivəsində Qubada keçirilən “Şahda𔝠“Gənclərbirliyi” matçında qalmaqal yaranıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Gənclərbirliyi”nin rəhbərliyi hakimlər briqadasının qərarlarına etiraz edərək, oyunu yarımçıq dayandırıblar. Belə ki, görüşün baş hakimi Anar Niyazov qarşılaşmanın sonlarında, Sumqayıt klubu hesabda 1:0 öndə olarkən “Şahdağ”ın lehinə iki penalti verib. 75-ci dəqiqədə təyin olunan ilk 11 metrlik cərimə zərbəsini “Şahdağ”ın hücumçusu Əhməd Ticani dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirib. Matçın üçüncü uzatma dəqiqəsində isə Valeh Kərimova qarşı kobudluğa görə, A.Niyazov növbəti dəfə “Gənclərbirliyi”nin qapısına penalti təyin edib. Lakin hakimin bu qərarını qonaqlar böyük etirazla qarşılayıblar. “Gənclərbirliyi”nin baş məşqçisi İlye Karp cəzalı olduğundan klubun vitse-prezidenti Vaqif Sadıqov məsələyə müdaxilə edərək, komandasını meydançadan çıxarıb.
Oyundan sonra Vaqif Sadıqov “APA-Sport” agentliyinə açıqlamasında baş verən qalmaqala belə münasibət bildirib: “Əsas etirazımız penalti ilə bağlı deyildi. Çünki həmin epizodu dəqiq görməmişdim. Biz penaltinin əlavə olunmuş vaxtdan sonra təyin edilməsinə etirazımızı bildirdik. Hakim 2 dəqiqə əlavə etmişdi. Amma penalti qərarı üçüncü uzatma dəqiqəsində verildi. Onsuz da həmişə “Gənclərbirliyi”ni cəzalandırırlar. Hakimlərin belə qərəzli qərarları isə klub rəhbərliyini və məşqçi korpusunu zərbə altına qoyur”.
“Şahda𔝠klubunun prezidenti Bəybala Məmmədov isə “APA-Sport” agentliyinə açıqlamasında bildirib ki, baş hakim obyektiv qərar çıxarıb: “Fikrimcə, uzatma dəqiqələrində qayda pozuntusuna yol verilmişdi və hakimin penalti qərarı düz idi”. APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR