Bank Of Baku

AFFA “Gənclərbirliyi” klubuna 0:3 hesablı texniki məğlubiyyət verərək, 10 min manat cərimələyib

AFFA “Gənclərbirliyi” klubuna 0:3 hesablı texniki məğlubiyyət verərək, 10 min manat cərimələyib
# 10 may 2007 11:51 (UTC +04:00)
AFFA-nın Nizam-İntizam Komitəsi (NİK) Sumqayıtın “Gənclərbirliyi” klubunu cəzalandırıb. Bu haqda “APA-Sport” agentliyinə NİK-in sədri Tofiq Fətullayev məlumat verib. T.Fətullayev “Gənclərbirliyi” haqda Nizam-İntizam Məcəlləsinin müvafiq maddəsinə əsasən qərar çıxardıqlarını qeyd edib: “Nizam-İntizam Məcəlləsinin 7-ci maddəsində göstərilib ki, oyun başa çatmamış meydanı tərk edən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilir. Bununla yanaşı, həmin komanda 10000 manat məbləğində cərimə olunur. Biz də buna uyğun olaraq, “Gənclərbirliyi” klubuna 0:3 hesablı texniki məğlubiyyət verib, 10000 manat məbləğində cərimə kəsdik”.
Qeyd edək, “Gənclərbirliyi” hesabat turunda “Şahda𔝠ilə səfər görüşündə hesab 1:1 olarkən, qapısına penalti təyin edilən anda oyunu yarımçıq tərk edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR