Bank Of Baku

Bakıda keçirilən UEFA Regional Kubokunda qanunsuzluq aşkarlanıb

Bakıda keçirilən UEFA Regional Kubokunda qanunsuzluq aşkarlanıb
# 11 may 2007 09:18 (UTC +04:00)
Aprelin 25-dən 29-dək Bakıda həvəskar futbolçular arasında keçirilən UEFA Regional Kubokunun VI seçmə qrupunun oyunlarında qanunsuzluq aşkarlanıb. Bu haqda “APA-Sport” agentliyinə Həvəskarlar Futbol Federasiyasının prezidenti Füzuli Nəcəfov məlumat verib. Onun sözlərinə görə, İsveçrənin “Ticino” və Gürcüstanın “Tbilisi” komandalarının qarşılaşmasında gürcülərin heyətində cəzalı futbolçu oynayıb: “Tbilisi”nin bir futbolçusu cəzalı olmasına baxmayaraq, “Ticino” ilə görüşdə forma geymişdi. Halbuki, həmin oyunçu iki il əvvəl analoji turnirdə qırmızı vərəqə aldığından Bakıdakı ilk matçı buraxmalı idi. İsveçrəlilər bu qanunsuzluğa görə, UEFA-ya şikayət etdilər. UEFA “Tbilisi”yə 3:0 hesablı texniki məğlubiyyət verdi”.
Qeyd edək ki, qarşılaşma “Ticino”nun 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Məhz texniki qələbə sayəsində İsveçrə komandası növbəti mərhələyə adlayıb. Lakin öncə Belqrad yığması (Belqrad) topların daha yaxşı nisbətinə görə qrup qalibi olmuşdu. UEFA-nın qərarından sonra Belqrad yığması ilə eyni miqdarda xal yığan “Ticino”nun top fərqi yaxşılaşıb və bu komanda növbəti mərhələdə iştiraka imkan verən yeganə vəsiqəyə sahib çıxıb. Eyni zamanda, Regional Kubokdakı təmsilçimiz “Şirvan” klubu qrupda bir pillə irəliləyib. “Ticino”nun texniki qələbəsindən sonra Əli-Bayramlı komandası top fərqini yaxşılaşdıraraq, “Tbilisi”ni qabaqlayıb və yekun nəticələrə əsasən, qrupda üçüncü yerdə qərarlaşıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR