Bank Of Baku

Ramiz Mirzəyev AFFA-da ekspert komissiyası yaradıb

Ramiz Mirzəyev AFFA-da ekspert komissiyası yaradıb
# 11 may 2007 15:24 (UTC +04:00)
AFFA prezidenti Ramiz Mirzəyev ekspert komissiyasının yaradılması ilə bağlı sərəncam imzalayıb. “APA-Sport” agentliyinin məlumatına görə, ekspert komissiyasına baş katibin müavini Səyavuş İbrahimov başçılıq edəcək. Komissiyanın üzvləri AFFA prezidentinin müşaviri, İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevlə, Hakimlik kursunun rəhbəri Rüstəm Rəhimov seçilib. Bu komissiyanın yaradılmasında məqsəd AFFA-nın bayrağı altında keçirilən oyunlarda şəffaflığın və obyektivliyin təmin olunması, ədalət prinsiplərinin pozulmasının qarşısının alınmasıdır. Ekspert komissiyanın sədrinə peşəkar mütəxəssisləri cəlb etməklə, AFFA-nın bayrağı altında keçirilən oyunların hər biri ayrılıqda, habelə, oyunlarla bağlı daxil olan müraciətlərin operativ araşdırılması tapşırığı verilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR