Bank Of Baku

Naci Şensoy: “Azərbaycanda lülə və tikə kabab üçün çox darıxmışdım”

Naci Şensoy: “Azərbaycanda lülə və tikə kabab üçün çox darıxmışdım”
# 12 may 2007 09:53 (UTC +04:00)
“Azərbaycanda yaxşı dostlarım var. Onların dəvəti ilə yenidən ölkənizə gəlmişəm. Həm də, Azərbaycanda lülə və tikə kabab üçün çox darıxmışdım”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında hazırda Bakıda olan “Turan” klubunun sabiq baş məşqçisi, türkiyəli mütəxəssis Naci Şensoy deyib. Az öncə vətənində “İstanbulspor” komandasından istefaya göndərilən N.Şensoy ölkəmizə istirahət etməyə gəldiyini bildirib. Çalışdırıcı vurğulayıb ki, son vaxtlar Azərbaycandan təklif almasa da, gələcəkdə klublarımızda işləyəcəyi istisna deyil: “Azərbaycan klublarından təklif almamışam. “İstanbulspor”dan ayrıldıqdan sonra Türkiyənin 1-2 komandası mənimlə maraqlanırdı. Ancaq bu təkliflərə önəm vermədim. Ola bilsin ki, növbəti mövsüm yenidən burada çalışdım. Bir şərtlə ki, təklif iddialı klublardan gəlsin”. N.Şensoy bütün diqqətini “Pro” kateqoriyalı məşqçilik kurslarının hazırlığına yönəltdiyini söyləyib: “Mayın axırlarında Bolqarıstanda “Pro” kateqoriyalı məşqçilik lisenziyası almaq üçün imtahan verəcəyəm. Bu sınağa çox ciddi hazırlaşıram. Bütün diqqətimi qarşıdakı imtahana yönəltmişəm. Türkiyədə heç bir məşqçinin “Pro” lisenziyası yoxdur. Bolqarıstanda “Pro” məşqçilik lisenziyası almaqla, Türkiyədə “siftə” etmək istəyirəm”. Ölkəmizdə olduğu müddətdə “Olimpik” - “İnter” və “Bakı” “MKT-Araz” matçlarını izləyəcək N.Şensoy mayın 14-də vətəninə qayıdacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR