Bank Of Baku

Kazbek Tuayev “İnter” klubuna baş məşqçi gətirilir

Kazbek Tuayev “İnter” klubuna baş məşqçi gətirilir
# 14 may 2007 09:18 (UTC +04:00)
Mükafatçılar sırasına düşmək şansı xeyli azalan “İnter” klubunun baş məşqçisi Valentin Xodukin istefaya göndərilir. Mövsümün sonunda vəzifəsindən qovulacaq ukraynalı çalışdırıcını “Neftçi” klubunun sabiq baş məşqçisi Kazbek Tuayev əvəzləyəcək. Bu barədə “APA-Sport” agentliyinə verdiyi açıqlamasında Kazbek Tuayev “İnter” klubundan baş məşqçisi vəzifəsi təklif olunacağı təqdirdə, variantı nəzərdən keçirməyə hazır olduğunu deyib. Bununla belə, 67 yaşlı veteran məşqçi hələlik rəsmi təklif almadığını vurğulayıb: “Ortada konkret bir şey yoxdur. Amma belə bir təklif gələrsə, əlbəttə, götür-qoy edərəm”.
K.Tuayev 2004-cü ilin oktyabrında “Neftçi”nin baş məşqçi postundan istefaya göndərildikdən sonra heç bir klubda işləməyib. Hazırda İcraiyyə Komitəsinin üzvü olmaqla yanaşı, AFFA prezidenti Ramiz Mirzəyevin müşaviridir. Ötən həftə yaradılan ekspert komissiyasına üzvü təyin edilib.
Xatırladaq ki, bir müddət əvvəl “İnter” klubunun prezidenti Georgi Nikolov baş məşqçi kimi Valentin Xodukindən razı qalmadığını və onun çatışmazlıqlarının olduğunu söyləyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR