Bank Of Baku

Asim Xudiyev FİFA-nın seminarına qatılıb

Asim Xudiyev FİFA-nın seminarına qatılıb
# 14 may 2007 12:54 (UTC +04:00)
Bu gün Belarusun paytaxtı Minskdə FİFA-nın qadın futboluna dair seminarı öz işinə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, tədbirdə dünyanın 35-dən çox ölkəsinin nümayəndələri qatılıb. Azərbaycandan seminarda iştirak etmək üçün belarusa Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyev, Gənclər və İdman Nazirliyinin futbol sektorunun əməkdaşı Fikrət Hüseynov və Qərb Regional Qadın Futbol Komitəsinin rəhbəri Novil İsmayılov yollanıb. Minskdəki Futbol Evində keçirilən toplantıda əsas diqqət qadın futbolunda marketinq və menecment işinin qurulmasına yönələcək. Bundan başqa, qadın futbolunun inkişafı yolları müzakirə olunacaq və müxtəlif assosiasiyalar arasında təcrübə mübadiləsi aparılacaq. Seminara mayın 16-da yekun vurulacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR