Bank Of Baku

Şahin Diniyev: “Milli komanda üzvlərində fəallıq yoxdur”

Şahin Diniyev: “Milli komanda üzvlərində fəallıq yoxdur”
# 15 may 2007 08:38 (UTC +04:00)
“Milli komanda üzvlərinin meydanda fəallıqlarının azalması məni narahat edir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev deyib. Baş məşqçi Avropa çempionatının seçmə mərhələsində iyunun əvvəlində Polşa və Qazaxıstanla keçiriləcək görüşlər qabağı yaranmış vəziyyətdən narahat olduğunu vurğulayıb: “Son turda “Olimpik” “İnter” və “Bakı” “MKT-Araz” oyunlarını izlədim. İlk növbədə baxımlı futbola üstünlük verirəm. Futbolçuların meydanda fəallığı məni maraqlandıran əsas məsələdir. Ancaq futbolçularda fəallıq yoxdur. Əvəzində oyunçuların yorğunluğu özünü göstərir. Mövsümün sona yaxınlaşdığını nəzərə alsaq, yorğunluq aradan qalxmayacaq. Bu da məni narahat edən məsələdir”. Ş.Diniyev “Bakı”nın milli komandadakı braziliyalı oyunçuları Leandro Qomeşlə Andre Ladaqanın qarşıdakı hazırlıq prosesinə çağırılacağının hələlik dəqiqləşmədiyini bildirib. Çalışdırıcı zədəli futbolçularla bağlı da gözləmə mövqeyi tutduğunu qeyd edib: “MKT-Araz”ın müdafiəçisi Saşa Yunisoğlu zədə üzündən xeyli vaxtdır oynamır. Qomeş zədəsini sağaltdıqdan sonra iki oyunda meydana çıxsa da, hələlik formada deyil. Bunu Ladaqaya da aid edə bilərəm. “Karvan”ın braziliyalı müdafiəçisi Ernani Pereyra da zədə problemi ilə üzləşdiyi üçün vətəninə yollanıb. Hər halda, mayın 17-də və 18-də ölkə çempionatında keçiriləcək növbəti turun oyunlarını izlədikdən sonra heyəti açıqlayacağam. Polşa və Qazaxıstanla oyunlara dəvət alan futbolçular, milli komandada hansı dəyişikliklərin olacağını mayın 19-da biləcəksiniz”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR