Bank Of Baku

Frans Bekkenbauer: “Tofiq Bəhramovun səhvə yol verdiyi bu gün də aydın görünür”

Frans Bekkenbauer: “Tofiq Bəhramovun səhvə yol verdiyi bu gün də aydın görünür”
# 15 may 2007 08:54 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniya milli komandasının sabiq futbolçusu Frans Bekkenbauer deyib. F.Bekkenbauerin sözlərinə görə, həmin hadisədən 40 il keçsə də, azərbaycanlı hakim Tofiq Bəhramovun səhvə yol verdiyi bu gün də aydın görünür: “Səhvi televiziya ekranında videotəkrarın köməyilə asanlıqla görmək mümkündür. Amma hakim meydanda, hadisələrin içərisində olur”.
Qeyd edək ki, 1966-cı il dünya çempionatının final görüşündə İngiltərə və Almaniya milliləri qarşılaşıb. Əsas vaxtı 2:2 hesabı ilə bitən görüşün əlavə vaxtında İngiltərə yığmasının oyunçusunun vurduğu zərbə qapı tirinə dəyərək yerə düşüb. Görüşün yan xətt hakimi olan T.Bəhramov topun yerə dəyərkən, qapı xəttini keçdiyinə işarə edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR