Bank Of Baku

İki gün öncə Gürcüstan Futbol Federasiyasının prezidenti seçilən Georgi Nemsadze istefa verib

İki gün öncə Gürcüstan Futbol Federasiyasının prezidenti seçilən Georgi Nemsadze istefa verib
# 15 may 2007 14:14 (UTC +04:00)
Gürcüstan Futbol Federasiyasına (GFF) yeni prezident seçkisi keçiriləcək. APA-nın məlumatına görə, bu haqda GFF-nin baş katibi Uça Uqulava keçirdiyi mətbuat konfransında bildirib. U.Uqulavanın sözlərinə görə, federasiyanın yeni seçilmiş prezidenti Georgi Nemsadze və İcraiyyə Komitəsinin 9 üzvü vəzifələrindən getdikləri barədə baş katibliyə ərizə ilə müraciət ediblər: “Yaxın müddətdə İcraiyyə Komitəsinin növbədənkənar qurultayı çağırılacaq. Toplantıda federasiya prezidenti və İcraiyyə Komitəsi üzvlərinin seçkisi keçiriləcək. UEFA ilə məsləhətləşdikdən sonra biz İcraiyyə Komitəsinin nümayəndələrinin tərkibini dəyişməməyi qərara almışıq. Buna müvafiq surətdə, öz arzularından asılı olaraq, 13 may seçkisində iştirak etmiş namizədlər yeni seçkiyə də qatılacaqlar”.
Qeyd edək ki, G.Nemsadze iki gün öncə keçirilmiş səsvermədə federasiya prezidenti seçilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR