Bank Of Baku

AFFA “Turan”ı 1000 manat cərimələyib

AFFA “Turan”ı 1000 manat cərimələyib
# 15 may 2007 14:28 (UTC +04:00)
AFFA Nizam-İntizam Komitəsi bu gün keçirdiyi iclasında Tovuzun “Turan” klubunu 1000 manat cərimə edib. “APA-Sport” agentliyinin məlumatına görə, buna mayın 12-də Tovuzda “Xəzər-Lənkəran”la 19-cu tur çərçivəsində keçirilən görüşün 71-ci dəqiqəsində azarkeşlərin meydançaya kənar əşyalar atması səbəb olub. Həmin görüşün 88-ci dəqiqəsində “Xəzər-Lənkəran”ın müdafiəçisi Füzuli Məmmədov ikinci xəbərdarlığa görə meydandan qovulduğu üçün 1 oyunluq diskvalifikasiya edilməklə yanaşı, klubunu 200 manat ziyana salıb. “İnter”in litvalı hücumçusu Valdas Trakis və onun klubuna qarşı da analoji tədbir görülüb. V.Trakis “Olimpik”lə qarşılaşmanın 41-ci dəqiqəsində ikinci xəbərdarlıqdan sonra meydandan qovulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR