Bank Of Baku

Azərbaycan yığmasına məşqçi təyin edilən Nazim Süleymanov Ermənistan millisinin oyununu izləyəcək

Azərbaycan yığmasına məşqçi təyin edilən Nazim Süleymanov Ermənistan millisinin oyununu izləyəcək
# 15 may 2007 14:46 (UTC +04:00)
Veteran futbolçu Nazim Süleymanov Azərbaycan milli komandasına seleksiyaçı-məşqçi təyin edilib. “APA-Sport” agentliyinin məlumatına görə, N.Süleymanovun əsas işi yığmamızın rəqibləri haqda informasiya toplamaq olacaq. “Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi mayın 25-də yığmanın düşərgəsinə qoşulacaq. Polşa ilə oyuna hazırlıq prosesində baş məşqçi Şahin Diniyevə kömək edəcək N.Süleymanovun yeni vəzifədə ilk səfəri Qazaxıstana olacaq. O, iyunun 2-də Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Qazaxıstan Ermənistan oyununu izləyərək, meydan sahibləri barədə informasiya toplayacaq. Həmçinin, N.Süleymanov Azərbaycanda və xarici ölkələrdə diqqət yayınan perspektivli futbolçuların yığmaya cəlb olunması istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, N.Süleymanov 2003-cü ildə də milli komandada seleksiyaçı-məşqçi vəzifəsində çalışıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR